"Côte d`Azur" şirniyyat evində ölən qadınla bağlı YENİ XƏBƏR
    • 20-11-2019, 17:24
    • 1 356

"Côte d`Azur" şirniyyat evində ölən qadınla bağlı YENİ XƏBƏR

Xalq artisti Murad Dadaşovun sahibi olduğu "Côte d`Azur" şirniyyat evində ölüm hadisəsi baş verib. Belə ki, ötən gün mağazada müştərilərdən birinin ürəyi tutub. Halı pisləşən qadın üçün mağazaya təcili yardım çağırılıb. İlk müdaxilə edilsə də, həkimlər qadını xilas edə bilməyiblər.

News24.az xəbər verir ki, hadisə ilə bağlı Xalq artistinin mətbuat sözçüsü Könül Əlibəyli açıqlama yayıb: ""Côte d`Azur" şirniyyat dükanında baş verən hadisə ilə bağlı bildirmək istəyirəm ki, dünyasını dəyişən xanım dükanın işçisi olmayıb. həmin xanım mağazanın önündən keçərkən içəridə olan müştərilər və işçilər onun halının pis olduğunu görüblər. Onu içəri dəvət edib, stulda əyləşdirib su veriblər. Yəni hər bir normal insanın edə biləcəyi ilkin tibbi yardımı göstərməyə çalışıblar, paralel olaraq, təcili yardım çağırıblar. Təəssüf ki, təcili yardım gəlib çıxana qədər xanım dünyasını dəyişib".

Sevda Bayramova