Bakıda professor evində ÖLÜ TAPILDI
    • 21-11-2019, 12:11
    • 981

Bakıda professor evində ÖLÜ TAPILDI

Bakıda evdən meyit tapılıb.

Hadisə Nizami rayonunda qeydə alınıb. Rayonun Keşlə qəsəbə sakini, 1953-cü il təvəllüdlü Məmmədova Gülyaz Alməmməd qızı yaşadığı evdə ölü tapılıb. Onun meyitini qonşuları aşkar edib.

Qeyd edək ki, Gülyaz Məmmədova texniki elmlər doktoru, professordur. /apa/