Şəkidə evdən ər və arvadın meyiti tapılıb
    • 3-12-2018, 16:55
    • 1 065

Şəkidə evdən ər və arvadın meyiti tapılıb

Şəki rayonunda evdən yaşlı ər-arvadın meyiti tapılıb. 

Hadisə bu gün günorta saatlarında Şəki şəhəri, Salman Mümtaz küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb. 

Belə ki, 1937-ci il təvəllüdlü Bahadır Zalovun və onun həyat yoldaşı, 1955-ci il təvəllüdlü Elmira Əhmədiyyə qızı Zalovanın üzərində zorakılıq əlamətləri olmayan meyitləri yaşadığı ünvanda tapılıb.

//Report.az