Azərbaycanda qadağan olunmuş porno saytlar yenidən fəaliyyətə başladı
    • 29-08-2018, 12:41
    • 5 985

Azərbaycanda qadağan olunmuş porno saytlar yenidən fəaliyyətə başladı

Ölkə ərazisində girişi məhdudlaşdırılan “Xvideos”, “Xnxx” kimi video-portallarla giriş yenidən aktivləşib.

News24.az xəbər verir ki,  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin məlumatına görə, Azərbaycanda pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatların yayılması, saytlarda yerləşdirilməsi qanunla qadağandır. 

Qeyd olunurdu ki, yayılması qadağan edilən informasiyalar dərc olunmuş saytların ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması müvafiq qanunun tələblərinə uyğun olaraq həyata keçirilir.