-
- 22-11-2019, 00:14
- 1 819
Siyavuş Novruzovun xanımı yeni Ombudsman olacaq!
Prezident İlham Əliyev parlamentə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə 3 yeni namizəd irəli sürüb. Namizədlər Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır. Sabah Milli Məclisin İnsan hüquqları komitəsində namizədlərlə bağlı müzakirələrdən sonra, plenar iclasa çıxarılacaq.
News24.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Milli Məclisin plenar iclasında Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Əliyeva Səbinə Yaşar qızı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçiləcək.
Qeyd edək ki, Hüquq üzrə fəlsəfə doktoru olan S.Əliyeva Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır. Xanım hüquqşunas Azərbaycanın Çin Xalq Respublikasınıdakı sabiq səfiri və Millət vəkili Yaşar Əliyevin qızıdır.