İranda İNTERNET BƏRPA OLUNDU
    • 22-11-2019, 09:51
    • 644

İranda İNTERNET BƏRPA OLUNDU

İranda benzinin bahalaşması səbəbindən başlayan etirazlardan sonra ölkədə kəsilən internet qismət bərpa olunub.

News24.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. İranın Ali Milli Təhlükəsizlik Şurası bəzi bölgələrdə - Hormozgan, Kermanşah, Arak, Məşhəd, Qom, Təbriz, Həmədan, Buşehrdə, qismən də olsa Tehranda internet bağlantısını bərpa edildiyini bildirib: "Ölkədə internet tədricən bərpa olunur". Dünyada internetə nəzarət edən "NetBlocks" qeyri-hökumət təşkilatının verdiyi məlumata görə, İranda İnternet bağlantılarının bərpası ölkənin cəmi 10% -ni əhatə edir.