"Muhteşem Yüzyıl" serialının aktyoruna 184 illik həbs cəzası istənildi
    • 22-11-2019, 13:10
    • 1 248

"Muhteşem Yüzyıl" serialının aktyoruna 184 illik həbs cəzası istənildi

"Muhteşem Yüzyıl" serialının aktyoru qardaşları ilə birgə 184 il müddətinə həbs oluna bilər. 

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, buna səbəb İstanbul Ataşehirdə həyata keçirilən narkotik əməliyyatı zamanı "Muhteşem Yüzyıl" serialında Behram Paşa obrazının aktyoru Adnan Koçun müqavimət göstərməsi olub. Hadisə zamanı aktyor və qardaşlı polisi vəhşicəsinə döyüblər.

Hakim qarşısına çıxan şəxslər üçün prokuror 5 ayrı cinayətə görə 184 il 4 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.