Azərbaycanda 26 yaşlı gənc qızdırmadan ÖLDÜ
    • 22-11-2019, 20:51
    • 1 081

Azərbaycanda 26 yaşlı gənc qızdırmadan ÖLDÜ

Bərdə rayonunda 26 yaşlı oğlan qızdırmadan ölüb.
News24.az report-a istinadən xəbər verir ki, rayonun Qaradəmirci kənd sakini, 1993-cü il təvəllüdlü Pərviz Məmmədovun bədən temperaturu qəflətən 42 dərəcəyə qalxıb.
O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.