-
- 23-11-2019, 12:22
- 994
Qarın hündürlüyü 22 santimetrə çatdı - 18 DƏRƏCƏ ŞAXTA
Şimal bölgəsində ən çox qar Xızının Altıağac qəsəbəsinə yağıb. Burada qarın hündürlüyü 22 santimetr, temperatur isə mənfi 6 dərəcə olub.
Azərtac xəbər verir ki, noyabrın 23-də Quba, Qusar və Xızı rayonlarına qar yağmaqda davam edib.
Qubanın Qırız kəndində 16, Xınalıqda 12, Təngəaltında 18, rayon mərkəzində isə 7 santimetr qar müşahidə olunub. Qubada Xınalıq kəndində ən aşağı temperatur - mənfi 18 dərəcə qeydə alınıb.
Qusarın Ləzə kəndində qarın hündürlüyü 16 santimetrə çatıb, temperatur isə mənfi 15 dərəcəyədək aşağı düşüb.