-
- 23-11-2019, 13:59
- 1 004
2150 əlill şəxs özünüməşğulluq proqramına cəlb edildi
Bu ilin ötən dövründə 2150 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən News24.az-a verilən məlumata görə, daha 500 nəfər əlilliyi olan şəxsin isə BMT İnkişaf Proqramı ilə birgə layihə üzrə özlərinə biznes qurmaları üçün işlər aparılır Prezident İlham Əliyevin tapşırığına əsasən icra olunan özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edənlər arasında həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir.
Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən artıq 2150 nəfər əlilliyi olan şəxs kiçik ailə təsərrüflarını qurmaq üçün potensialları nəzərə alınmaqla həmin proqrama cəlb edilib. Həmin şəxslər üçün kiçik biznesin qurulmasına dair zəruri bilik və bacarıqlara yiyələnmələri üçün təlim kursları təşkil edilib. Onlardan artıq böyük hissəsi kursları bitirərərək və və biznes-planlarınəı müdafiə edərək mal və materiallar formasında aktivlərlə təmin olunublar. Əlilliyi olan şəxslərin proqrama cəlb olunması işləri hazırda davam etdirilir.
Eyni zamanda, bu il daha 500 nəfər əlilliyi olan şəxsin isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində özlərinə dayanıqlı biznes qurmaları üçün işlər aparılır.
Afaq Mirayiq