-
- 29-08-2018, 16:54
- 793
“Çarpayıya bağlayıb, vəhşicəsinə döyürdülər” – Səbuhi Məmmədlinin yanan mərkəzdəki bir günü
Tanınmış jurnalist Səbuhi Məmmədli bu ilin mart ayında yanan Respublika Narkoloji Mərkəzində müalicə aldığı bir günün dəhşətli təəssüratlarını sosial şəbəkədə paylaşıb.
Onun sözlərinə görə, mərkəz sözün həqiqi mənasında gestapo kimi yer olub. O, bildirib ki, “QULAQ” dakı həbs düşərgələri belə oradan daha sivil görünürdü: “Bu mərkəzin qapısı daim bağlı olurdu. 50-60 adam içəridə var-gəl etməklə məşğul idik. İçəri natəmiz, hər yer siqaret kötükləri və qanlı şprislərlə dolu bir cəhənnəm vadisiydi.Müxtəlif kateqoriyalı narkoman və alkoqoliklər, hepatitdən tutmuş Allah bilir ebolayacan 100 cürə xəstəliyin daşıyıcısı ağız-ağıza bir yerdə idi. Xüsusi rejim idi. Adi bir intizamsızlıq çarpayıya bağlanıb vəhşçicəsinə döyülməklə nəticələnirdi.Mən ora girdiyim günün axşamı cılız bir narkomanı o qədər döydülər ki, axşamacan uladı. Hə, zarımadı, məhz uladı. Sonra başının qanını yumaq üçün tualetə apardılar. Dəhlizdəki qan ləkələri bəlkə ora yananacan döşmədə qalmışdı.Burada müalicə olmaq yox, dəli olacağımı anladım. Dərhal növbətçi həkimdən telefon istəyib Samirəyə zəng etdim ki, təcili məni buradan çıxarın. Mən çıxdım, az sonra ora yandı. Oradakı yeganə nurlu insan olan Azər Sadəddinov da həlak oldu. Allah rəhmət eləsin”.