Azərbaycanda külli miqdarda pul mənimsəyən vəzifəli şəxslərə - CİNAYƏT İŞİ AÇILDI
Kriminal
Külli miqdarda pul mnimsəməkdə və vəzifə saxtakarlığında təqsirli bilinən Əflatun Qarayev və Mayasət Məmmədova barəsində açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-cü (mənimsəmə - külli miqdarda ziyan vurmaqla) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə açılan işin materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinə hakim Elmin Rüstəmovun sədrliyi ilə baxılacaq.