Yol polisindən sürücülərə XƏBƏRDARLIQ: Bu halda cərimələnəcəksiniz! - VİDEO
    • 25-11-2019, 20:09
    • 857

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ: Bu halda cərimələnəcəksiniz! - VİDEO

Hava şəraitinin yağışlı keçməsi həm piyadalar həm də sürücülər üçün problemə çevrilir. Sürücülər dövlət nişanlarının çirklənməsindən gileylənirlər, piyadalar da sürücülərin onların üzərinə su sıçratmasından. Hər iki məsələ Dövlət Yol Polisinin diqqətindədir. Bununla bağlı cəza tədbirləri də nəzərdə tutulub.

News24.az
Baku.Tv-yə istinadən xəbər verir ki, son günlər davam edən qeyri-sabit hava şəraiti avtomobillərin dövlət qeydiyyat nömrə nişanınıtəmiz saxlanılmasıməsələsini yenidən gündəmə gətirib. Payız qış mövsümündəpaytaxtınküçə və yollarındahər addımda demək olar ki,çirkli su və ya palçıqla qarşılaşırıq. Problemlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.  “Yol hərəkəti haqqında” qanunun tələbinə əsasən, sürücülər tərəfindən avtomobilin istismarı qaydalarının yerinə yetirilməməsi yol-nəqliyyat hərəkəti qaydalarının pozulması hesab edilir və bu zaman sürücülərə 40 manat cərimə tətbiq olunur

Vaqif Əsədov

Bakı Şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi

“Bəzi sürücülərin havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamadıqlarını, hətta bilərəkdən nişanların üstünü süni şəkildə bir az da çirkləndirdiklərini təəssüf hissi ilə qeyd edirik.  Bu kimi hallar yolverilməzdir”


Sürücülər sözlərinə görə isə, verilən qərar onların zərərinədir. Bu cür yağışlı havada avtomobilitəmiz saxlamağa çalışsalar da ,bəzən bu mümkün olmur. Ancaq yağışlı havanın problemi bununla da bitmir.

Billurə Mikayıllı - müxbir

"Yağış yağanda yollarda vəziyyət heç də ürəkaçan olmur. Demək olar ki, hər addım başı yaranan su gölməçələri piyadalar üçün problemə çevrilir. Çünki elə sürücülər var ki, yol kənarında dayanan piyadaları nəzərə almır. Əksinə sürət həddini daha da yüksəldərək, onların üst-başlarını batırırlar. Ancaq hörmətli piyadalar belə halla qarşılaşsaz düşünməyin ki, bununla bağlı heç bir cəza tədbiri yoxdur."


Bakı Şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov,sürücülərin piyadaların üzərinə çirkli su sıçratmaları ilə bağlı inzibati məsuliyyət nəzərdə tutulduğunu deyir.


Vaqif Əsədov

Bakı Şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində məsələ öz təsdiqini tapıb. Bununla bağlı sürücü məsuliyyətə cəlb olunmaqla, ona protokol tərtib edilir. Bütün sürücülərin nəzərinə çatdırırıq ki, bu qaydanı pozan hər kəsə cərimə tətbiq olunacaq”.

Hər halda sürücülərin hər iki məsələdə diqqətli olmaları vacibdir. Belə olarsa hansısa cəza tədbirinə də ehtiyac qalmaz.