-
- 1-11-2019, 11:51
- 1 375
Yol polisindən yağışlı hava ilə bağlı SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ
Yol polisi yağışlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.
News24.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, yağışlı hava şəraiti nəticəsində paytaxtın küçə və prospektlərində bir neçə yüngül yol-nəqliyyat hadisəsi qeydə alınıb. O, qeyd edib ki, sürücülər yağışlı hava şəraitində sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar: “Sürücülər əyləc sistemindən istifadə edərkən yağış sularının yollarda sürüşmə şəraiti yaratdığını nəzərə almalıdır. Hər bir sürücü avtomobilin işıq sisteminə, şüşə silənlərinin sazlığına diqqət yetirməlidir. Əks halda qəzalar qaçılmazdır”.
DYP sözcüsü həmçinin bildirib ki, Bakıda bəzi işıqforların işləməməsi sürücüləri çaşdırmamalıdır: “Xəbər verildiyi kimi paytaxtın bəzi ərazilərində işıqforların fəaliyyətində problemlər yaranıb. Belə olan halda hər bir sürücü yol nişanlarının tələblərinə riayət etməlidir. Hazırda həmin ərazilərdə Dövlət Yol Polis İdarəsinin əməkdaşları nizamlayıcı qismində xidmət aparır. Sürücülər buna da diqqət yetirməli, nizamlayıcının göstərişlərinə uyğun hərəkət etməlidirlər”.
V.Əsədov belə hava şəraitində sakinləri daha ictimai nəqliyyatdan istifadə etməyə çağırıb. /apa.az/