Məşqçilərin reytinq siyahısı açıqlandı: Azərbaycandan təkcə Qurban Qurbanov var
    • 25-11-2019, 22:20
    • 827

Məşqçilərin reytinq siyahısı açıqlandı: Azərbaycandan təkcə Qurban Qurbanov var

Klub baş məşqçilərinin aylıq reytinqi açıqlanıb. 


News24.az “Clubworldranking”-ə istinadən xəbər verir ki, reytinq cədvəlində 1000 məşqçinin adı yer alıb. 


Bu siyahıda yalnız bir azərbaycanlı çalışdırıcı yer alıb. 


Belə ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 1017 xalla 583-cü sırada özünə yer tapıb. 


Siyahıya “Barselona”nın çalışdırıcısı Ernesto Valverde liderlik edir – 15551 xal.  


İkinci sırada “Liverpul”dan Yürgen Klopp (14005), üçüncü pillədə isə “River Pleyt”dən Marselo Qalyardo qərarlaşıb.