Təyyarənin qasırğa zamanı ekstremal enişi kameraya düşdü - VİDEO
    • 30-08-2018, 10:09
    • 912

Təyyarənin qasırğa zamanı ekstremal enişi kameraya düşdü - VİDEO

İnternetdə Yaponiyada martın 24-25-də baş verən qasırğa zamanı “Boeing 787 Dreamliner” təyyarəsinin ekstremal enişinin görüntüləri yayılıb. 

Bununla bağlı “Metro” nəşri məlumat yayıb. 

Yaponiyanın “All Nippon Airways” şirkətinin pilotları əlverişsiz hava şəraiti səbəbindən təyyarəni Tokio aeroportunda endirməli olub və videodan qasırğanın layneri yuxarı-aşağı çalxalamağı görünür. 
Nəşr bildirib ki, bu günlərdə qasırğa səbəbindən Yaponiyada 300-ə yaxın reys təxirə salınıb, 100 mindən çox ev işıqsız qalıb. 

//Oxu.az