"Bu il 152 nəfər dəm qazından zəhərlənib" - BAŞ TOKSİKOLOQ
    • 27-11-2019, 13:17
    • 918

"Bu il 152 nəfər dəm qazından zəhərlənib" - BAŞ TOKSİKOLOQ

“İlin əvvəlindən bu günə kimi dəm qazından zəhərlənmə ilə bağlı 152 nəfər qəbul olunub”.

Bunu açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib. Onun sözlərinə görə, qazdan zəhərlənənlərin 80%-ni kişi, 20%-ni qadınlar təşkil edir: "Onlar arasında 16 nəfər azyaşlı olub. Zəhərlənənlər arasında ölüm halı qeydə alınmayıb”.

A.Maqsudov həmçinin qeyd edib ki, noyabrda 18 nəfər dərmandan zəhərlənib və ölüm hadisəsi olmayıb. /APA/