Bakıda 8 nəfər metil spirtindən zəhərlənərək ÖLDÜ
    • 8-04-2020, 15:19
    • 1 036

Bakıda 8 nəfər metil spirtindən zəhərlənərək ÖLDÜ

Ötən ay metil spirtindən zəhərlənmə ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 13 nəfər müraciət edib.

Bu barədə şöbə müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, zəhərlənənlərdən 8 nəfər dünyasını dəyişib:
"Bu müddət ərzində dəm qazından 11 nəfər zəhərlənib. Onlardan 3 nəfər xəstəxanaya stasionar qəbul edilib, 8 nəfər isə ambulator müayinədən sonra evə buraxılıb. Mart ayında 3 nəfər sirkə turşusundan zəhərlənib, 6 nəfər isə allergik reaksiya ilə əlaqədar xəstəxanaya qəbul olunub. Həmin şəxslərdən ölən olmayıb". /Trend/