-
- 27-11-2019, 23:55
- 1 084
“Koroğlu”da XAOS
Bakı metrosunun “Koroğlu” stansiyasının qarşısında yenə də pik saatlarda nəqliyyat xaosu yaşanır.
News24.az -ın məlumatına görə, Baku.Tv-nin "Xəbər" buraxılışında yayımlanan sujetdə qeyd olunub ki, yaranan vəziyyətə görə hamı bir birini günahlandırır.
"Avtobus burda saxlayır, burda da minirik. Heç dayanacaqda minən yoxdur"- şəhər sakini gileylənir
Digər sakin isə taksi sürücülərini günahlandırır: "Bu tıxacın yaranmasına səbəb avtobuslar deyil, burda dayanan taksilərdir".
Saat 7-8 radələrinə yaxınlaşdıqca buradakı gərginlik də artır. Hami evinə tələsir, buna görə vətəndaları həyatı təhlükəsi bahasına olsa da yolun ortasında görürük.
Saat 18:30 radələrində isə sıxlıq daha da artır. Yolun əks tərəfində hərəkəti tənzimləmək üçün, BNA-nin əməkdaşları çalışsa da, digər tərəfdə hər hansı bir əməkdaşa rast gəlinmir.
Ərəzidəki problemi çəkib göstərməyimiz ilk deyil, amma hər dəfə ümid edirik ki, bu sonuncu olacaq.