Bakıda nəqliyyatın hərəkəti İFLİC OLDU - Qatarlar gecikdi, avtobuslar yolda qaldı
    • 26-09-2018, 09:56
    • 783

Bakıda nəqliyyatın hərəkəti İFLİC OLDU - Qatarlar gecikdi, avtobuslar yolda qaldı

Yeni tədris ilinin başlamasından təxminən 10 gün keçməsinə baxmayaraq paytaxt nəqliyyatında xaos davam edir.

Günlərdir Zabrat-Sabunçu yolunda kilometrlərlə yaranan tıxac problemi həllini tapmaq əvəzinə, daha da "uzanır".
Bu problem nəqliyyatın digər növü - metrodan da yan keçməyib. Belə ki, 2 dəqiqəlik interval ilə işləməli olan qatarlar bu səhər də təxminən 4 dəqiqədən bir platformaya daxil olub. Bu isə səhər saatlarında "Koroğlu" və "Qara Qarayev"dən fərqli olaraq sərnişinlərin nisbətən seyrək olduğu "Neftçilər" stansiyasının platformasında da sıxlığa səbəb olub.

//Milli.Az