Ana ilə qızını öldürüb tövldə gizlətdilər - Azərbaycanda daha bir dəhşətli qətl
    • 30-08-2018, 11:27
    • 1 021

Ana ilə qızını öldürüb tövldə gizlətdilər - Azərbaycanda daha bir dəhşətli qətl

Cəlilabad rayonu, Qarazəncir kəndində ana və qızı qətlə yetirilib.

Hadisə vaqustun 29-u gecə saatlarında baş verib. 86 yaşlı Firuzə və qızı 46 yaşlı Sənubər yaşadıqları evdə qətlə yetiriliblər.

Hadisəni törədən şəxs və ya şəxslər Firuzənin meyitini evin arxasında doğrayaraq tövlədə gizlədiblər. Qızı Sənubərin meyiti isə evin içindən tapılıb.

Hazırda polis və prokuorluq orqanlarının əməkdaşları hadisə yerindədirlər. Araşdırma aparılır.

//Qafqazinfo.az