Parlamentin buraxılması ilə bağlı müraciətə dekabrın 2-də BAXILACAQ
    • 29-11-2019, 13:57
    • 1 074

Parlamentin buraxılması ilə bağlı müraciətə dekabrın 2-də BAXILACAQ

Milli Məclisin dekabrın 2-də xüsusi iclası keçiriləcək.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov bildirib.

Spiker deyib ki, iclasın gündəliyinə bir məsələ daxil edilib: “İclasda Yeni Azərbaycan Partiyasından olan deputatların parlamentin buraxılması ilə əlaqədar müraciətinə baxılacaq”.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.

Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini açıqlayıb. Noyabrın 28-də YAP üzvü olan deputatlar məsələ ilə bağlı Milli Məclisə müraciət ediblər.