“LIBRAFF" bağlanmayıb...
    • 2-12-2019, 17:00
    • 584

“LIBRAFF" bağlanmayıb...

“"LIBRAFF" bağlanmır, yalnız "Bravo" marketin içində olan mağazaları bağlamışıq”.

News24.az-ın xəbərinə görə, "LIBRAFF"-ın direktoru Cəlalə Nəzəroğlu bildirib. Onun sözlərinbə görə, bunu yeni strategiyaya əsasən, marketlərdə kitab mağazaları olmayacaq:

“Təcrübə göstərdi ki, marketə girən müştəri kitab almağa meyilli olmur. Bu, biznesdir-hər zaman uyğun addımlar atmaq lazımdır. Bağladığımız mağazaların əvəzində şəhərin iki ən yaxşı yerində böyük və yüksək səviyyəli mağaza açacağıq. Ümid edirəm, o zaman da bunu belə kütləvi işıqlandırarsınız”.

Afaq Mirayiq