20 Yanvar dairəsində qəza tıxaca səbəb oldu
    • 2-12-2019, 23:10
    • 1 232

20 Yanvar dairəsində qəza tıxaca səbəb oldu

Bu gün 22:30 radələrində Ziya Bünyadov prospektində - Nəcəf Nərimanov küçəsi ilə kəsişmədə (20 yanvar dairəsi istiqamətində) yol - nəqliyyat hadisəsi baş verib.

Bu barədə News24.az -a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Qeyd olunub ki, hazırda hadisə baş verən hissəyədək hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

Agentlik sürücülərdən diqqətli olmalarını xahiş edir.