-
- 2-12-2019, 23:48
- 717
Rasim Balayev: “Dünyanın axırıdır ki, kişi kişi ilə toy edir”
"Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, ”Stop İslam!" deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik".
News24.az bildirir ki, bu fikirləri prezident İlham Əliyev BDU-nun 100 illiyi ilə bağlı tədbirdə səsləndirmişdi.
Xalq artisti Rasim Balayevin sözlərinə görə, dünyada elə qeyri-ənənəvi meyllər əmələ gəlib ki, normal insan ağlı bunu qəbul edə bilməz: "Prezident düz deyir də... Dünyanın axırıdır ki, kişi kişi ilə toy edir. Mən Quranı oxumuşam, axirətin əməlləri orada sadalanıb. Belə hərəkətlər bizə yaddır. Biz onu niyə nümunə etməliyik?”
R.Balayev bu "dəyər”lərin təbliğinin əleyhinədir və efirə çıxan bəzi adamların qarşısının alınmasını vacib sayır: "Şübhəli adamlar efirə çıxırlar. Televiziya rəhbərləri bunun qabağını almalıdır. Hər şeyin öz həddi var. Bir millət kimi öz xasiyyətimiz, ənənələrimiz var. Allah məsləhət bilsəydi, elə hamını, bizi də ingilis, rus yaradardı. Hər xalqın öz əxlaq normaları, yaşayış tərzi var. Azərbaycan xalqının öz adət-ənənələri var. Bizim öz ailə dəyərlərimiz avropalılardan fərqlidir. Bizdə ailədə kişinin fikri əsasdır. Bu da olmayanda ailədə başqa problemlər meydana çıxır”.
Deputat Aqiyə Naxçıvanlı isə BBC-yə şərhində söyləyib ki, Azərbaycanda hərdən səhvən dünyaya inteqrasiya adı ilə Avropa dəyərləri gətirilib cəmiyyətimizə şamil edilir.
"Bizim özümüzün dədə-babadan gələn adət-ənənəmiz var. Cənab prezident onları göstərdi ki, bizdə ağsaqqala, ağbirçəyə, böyüyə hörmət adətləri var və bu, başqa millətlərdə yoxdur” - Aqiyə Naxçıvanlı deyib.
O deyib ki, Azərbaycanda şübhəsiz ki, qadın kişi bərabərliyi var, amma bizdə onun Azərbaycan modelidir. Deputat bildirib ki, milli mentalitet və adətlər qorunmalıdır və prezidentin çıxışı da bunu nəzərdə tutur:
"Biz bu bərabərlikdən danışırıq, daha demirik ki, qadın əlinə nəsə alıb kişini döysün və desin ki, mənim də hüquqlarım kişiylə bərabərdir. Başqa millətlərdə kişi qadın, qadın kişi ola bilir, bizdə belə şeylər yoxdur. İlham Əliyevin fikirlərində ziddiyyət yoxdur. Biz dünyaya inteqrasiya olmalıyıq, amma öz dəyərlərimizi itirmədən inteqrasiya olunmalıyıq”.
"Yeni Müsavat”