Azərbaycana gələn iranlı turistlərin sayı ARTIB
    • 4-12-2019, 11:45
    • 734

Azərbaycana gələn iranlı turistlərin sayı ARTIB

"Səudiyyə Ərəbistanı və Rusiyadan Azərbaycana səfər edən turistlərin sayında artım var".

News24.az-ın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı deyib.

F.Zenqstşmitin sözlərinə görə, Azərbaycanın turizm bazarında Rusiya üzrə 8 faizlik artım müşahidə olunur:"Eyni zamanda, Gürcüstan, Türkmənistan bazarı üzrə də artım müşahidə edilir. Bu artımların nəyə əsaslandığını öyrənmək üçün təhlillər aparmışıq. Araşdırmalarımızı Rusiya, Gürcüstan, Türkmənistan və Türkiyə bazarları üzrə aparmışıq. Digər bazar isə İrandır. Artıq İran bazarı üzrə də 2018-ci ilə nisbətən artım qeyd olunur. 2018-ci ildə bu bazarda itkilər çox idi".

Afaq Mirayiq