-
- 14-01-2020, 12:20
- 901
"Çalışırıq vizanın alınmasında çətinlikləri azaldaq" FLORİAN ZENQSTŞMİD
"Azərbaycan Türuzm Bürosu olaraq çalışırıq ki, vizanın əldə olunması üçün çətinliklərin daha da azaldılmasına nail olaq. Biz digər dövlət qurumları ilə əməkdaşlığı davam etdirəcəyik ki, daha çox ölkə rahat şəkildə viza ala bilsin".
News24.az-ın xəbərinə görə, bunu Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə,
2019-cu ildə Azərbaycanda turizm sahəsində rekord nəticə əldə edilib. Ötən il Azərbaycana 3,2 milyon nəfər turist səfər edib:
"Turizm sahəsində artım 11,4 faiz olub. Avropa ölkələrindən artım xüsusilə olub - təxminən 14 faiz. Asiya bazarı üzrə isə daha aşağı artım müşahidə edilib.
Bu, o deməkdir ki, biz artıq öz marketinq strategiyamızda yeni yollar müəyyən etməliyik. Başa düşməliyik ki, turistlər daha etibarlı kommersiya qurumlarına ehtiyac duyurlar".
F.Zenqstşmid 2020-ci ildə Türuzm Bürosunun xarici ölkələrdə yeni nümayəndəliklərinin açılışı nəzərdə tutulur:" Bu ilin birinci rübündə Ukrayna, Qazaxıstan, Cənubi Koreya və Yaponiyada nümayəndəliklər açılacaq. 2020-ci turizm sahəsində təxminən 10 faiz artım gözləyirik. Daxili şərait nəzər alınsa çox yaxşı artımdır. 2020-ci ildən Böyük Britaniyadan turistlərin cəlb edilməsi nəzərdə tutulur. Bu il ərzində İspaniyada böyük bir turizm forumu keçiriləcək. Orada iştirak etmək Cənubi Avropadan turist cəlb edilməsi baxımından faydalı olacaq. Bu ilin sonunda həmçinin Parisdə keçiriləcək sərgidə də iştirak planlaşdırılır".
Afaq Mirayiq