Prezident Tailandın Kralını TƏBRİK ETDİ
    • 4-12-2019, 17:27
    • 812

Prezident Tailandın Kralını TƏBRİK ETDİ

Prezident İlham Əliyev Tailandın Kralı Əlahəzrət Maha Vaciralonqkorn Bodindradebayavaranqkuna təbrik məktubu ünvanlayıb. 

News24.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Məktubda deyilir:

"Əlahəzrət,

Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tailand xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".