Azərbaycanın hərbi qulluqçusu vəfat edib
    • 4-12-2019, 18:45
    • 888

Azərbaycanın hərbi qulluqçusu vəfat edib

Azərbaycanın hərbi qulluqçusu, kapitan Abbas Məlikzadə vəfat edib. 

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi qulluqçu, kapitan Məlikzadə Abbas Saleh oğlu səhhətində problem yarandığından tibb məntəqəsinə müraciət edib. Sanitar nəqliyyat vasitəsi ilə hərbi hospitala təxliyyə edilərkən yolda keçinib. Həkimlərin ilkin ehtimalına görə, hərbi qulluqçu ürək çatışmazlığından vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!