Etimad İsmayılovun qatili “Bıçağı boynuma dirəyib 4 milyonluq sənəd imzalatdı”
    • 4-12-2019, 22:12
    • 751

Etimad İsmayılovun qatili “Bıçağı boynuma dirəyib 4 milyonluq sənəd imzalatdı”

2018-ci il sentyabrın 19-da Bakırköydə silahla qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun qatili, DİN-in keçmiş idarə rəisi Gözəl Dəmirov haqqında iddianamə hazırlanıb.
News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bakırköy Cümhuriyyət Baş Prokurorluğunda hazırlanmış iddianaməyə görə, mərhum İsmayılovla Dəmirov hadisə baş verməzdən çox daha əvvəl tanış olublar və birlikdə bizneslə məşğul olduqları üçün tez-tez görüşüblər. Dəmirovla sürücüsü Barış Aslan cinayətdən əvvəl də tez-tez İsmayılovun Floryadakı ofisinə gediblər. Hadisədən bir gün əvvəl isə şübhəlilər Etimadla kabab restoranlarından birində görüşüblər. Bu zaman masaya daha iki nəfər yaxınlaşıb və Dəmirov məkandan ayrılıb. Restoranda onlar arasında hər hansı mübahisə və dava düşmədiyi bildirilib.
Silahlı hücum günü isə Dəmirov İsmayılovun Floryadakı ofisinə girərkən sürücüsü Aslan çöldə gözləyib. Dəmirovla İsmayılovun ofisdə söhbəti əsnasında Zhabir Aıtayev içəri daxil olub və Dəmirov çölə çıxıb. Ancaq bir müddət sonra yenidən ofisə qayıdaraq axşamadək idarədə qalıblar. Saat 20:00-da Aıtayev ofisdən çıxıb. Ardınca isə Dəmirov “Glock” markalı silahla Etimada bir neçə dəfə atəş açdıqdan sonra Barışla birlikdə hadisə yerindən uzaqlaşıb. Ancaq polis şübhəli şəxs kimi Aslanı yolla gedərkən yaxalayıb. Dəmirov isə özü polis bölməsinə gedərək təslim olub. Aslan tutularkən üzərindəki çantadan “Glock” markalı silah, 11 ədəd giliz və 1 ədəd bıçaq çıxıb.
/Qafqazinfo/