Qayıq batdı - 58 ÖLÜ
    • 5-12-2019, 10:36
    • 903

Qayıq batdı - 58 ÖLÜ

Qayığın batması nəticəsində 58 nəfər ölüb. 

News24.az "Aljazeera"-yə istinadən xəbər verir ki, Atlantik okeanında, Qərbi Afrika ölkəsi Mavritaniya yaxınlığında miqrantları daşıyan qayığın batmasına səbəb yanacağın bitməsi olub. Qeyd olunub ki, 83 qaçqın üzərək sahilə çıxa bilib. Ölənlərin arasında qadın və uşaqlar da olub.