Bu marşrut xətləri müsabiqəyə çıxarıldı
    • 5-12-2019, 12:08
    • 1 044

Bu marşrut xətləri müsabiqəyə çıxarıldı

Bakı Nəqliyyat Agentliyi tərəfindən 11, 30, 40, 71, və 199 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb.

Məqsəd, bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır. Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.