Qəbələdə sevgililərin intiharı ilə bağlı yeni  TƏFƏRRÜAT -Əvvəl qızı asdı, sonra...
    • 31-08-2018, 11:16
    • 1 149

Qəbələdə sevgililərin intiharı ilə bağlı yeni TƏFƏRRÜAT -Əvvəl qızı asdı, sonra...

Qəbələ rayonunda sevgililərin ölümü ilə bağlı yeni təfərrüat məlum olub.

Avqustun 28-də rayon sakini, 23 yaşlı Elçin Mirsahibli və 34 yaşlı Günel Dadaşovanın asılmış vəziyyətdə meyitləri aşkar edilib.

Yerli sakinlər bildiriblər ki, qonşuluqda yaşayan mərhumlar sevgi münasibətində olublar və evlənmək istəyiblər. Lakin oğlanın valideynləri bu evliliyə razı olmayıblar. Onların evlilik məsələsinin baş tutmayacağını düşünərək intihara qərar verdikləri güman edilir.

Hadisə günü E.Mirsahib G.Dadaşovanın yaşadığı evə gəlib və əvvəlcə həyətdə olan yarımtikilidə qadını asaraq öldürüb, daha sonra isə özünü sevgilisinin yanında asaraq intihar edib. G.Dadaşova əvvələr ailəli olub və onun 7 yaşlı oğlu var.

Faktla bağlı Qəbələ rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

//report