-
- 5-12-2019, 21:51
- 668
Heydər Əliyev Fondu mükafatlandırıldı
Heydər Əliyev Fondu Moskva hökumətinin “Moskva restavrasiyası - 2019” müsabiqəsinin xüsusi mükafatına layiq görülüb.
News24.az xəbər verir ki, bu mükafat Fonda Rusiya paytaxtındakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirinin yüksək səviyyədə təşkilinə görə təqdim edilib.
Mükafatı Moskva şəhərinin meri Sergey Sobyanin təqdim edib.
“Moskva restavrasiyası - 2019” mədəni irs obyektlərinin qorunması və təbliği sahəsində ən yaxşı layihə müsabiqəsi artıq 9-cu dəfədir keçirilir. Bu il təşkilatçıya 48 obyekt üzrə 96 ərizə daxil olub.
Qeyd edək ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonu 1939-cu ildə inşa olunub. Moskva hökuməti keçmiş sovet respublikalarına milli pavilyonların bərpası təklifini irəli sürdükdən sonra 2017-ci ildə pavilyon rəsmi olaraq Azərbaycan tərəfinə təhvil verilib və burada Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işlərinə başlanılıb. Noyabrın 23-də pavilyonun bərpa işlərindən sonra açılış mərasimi keçirilib.