GÖMRÜKDƏ ŞOK! Ölkəyə bağırsağında 142 METADON KEÇİRDİ
    • 6-12-2019, 14:23
    • 598

GÖMRÜKDƏ ŞOK! Ölkəyə bağırsağında 142 METADON KEÇİRDİ

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb və sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı qanunla qadağan olunan heç bir predmet aşkar edilməyib. Lakin təkrar sorğu-sualdan sonra o, daxili orqanında narkotik vasitə gizlətdiyini etiraf edib.

Daha sonra Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan həmin şəxsin düz bağırsağında 1 büküm, üzərində "M40" nişanəsi olan 142 ədəd metadon adlı həb aşkarlanıb.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.