"5 ildir ki, televizor izləmirəm" - Elnarə bayağı mahnılardan danışdı
    • 31-08-2018, 13:16
    • 1 431

"5 ildir ki, televizor izləmirəm" - Elnarə bayağı mahnılardan danışdı

Müğənni Elnarə Xəlilova maraqlı açıqlama edib. 

İfaçı bayağı mahnıların efirlərdə səslənməsinə münasibət bildirib:

“Bayağı mahnılar bineyi-qədimdən olub. Biz görmüşük ki, həmin mahnılar əldən-ələ kasetlərdə gəzib, mağar toylarında kustar üsulla yazılıb və həm ifaçı, həm də bəstələr sevilib. Amma efirə qədər gəlib çıxmayıb. 

Ona görə də mən artıq bayağı mahnılarla barışmışam. Bu mahnılar efirə buraxılırsa, mən kiməm ki, nə isə deyim... Hər halda mənim öz seçimim var. Necə ki, 5 ildir ki, televizor izləmirəm”. 

Teymur Məmmədov