Gürcüstan prezidenti:
    • 8-12-2019, 10:29
    • 879

Gürcüstan prezidenti: "İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”

"TANAP layihəsinin həyata keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri əvəzsizdir".
News24.az xəbər verir ki, bu sözləri Gürcüstan
Prezidenti Salome Zurabişvili söyləyib.
Onun sözlərinə görə, son illər tək TANAP layihəsi deyil, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə bir çox layihələr reallaşıb. Bu layihələrin həyata keçirilməsində İ.Əliyevin xüsusi rolu olub.
Salome Zurabişvili deyib:
“Azərbaycanın enerji resurslarının Gürcüstan ərazisindən keçməklə Avropaya nəqli ondan xəbər verir ki, İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”.