Bakının mərkəzi prospektində liftli piyada keçidi tikilir - FOTO
    • 9-12-2019, 10:50
    • 1 449

Bakının mərkəzi prospektində liftli piyada keçidi tikilir - FOTO

Bakıda daha bir yerüstü piyada keçidinin tikintisi həyata keçirilir.

News24.az-ın məlumatına görə, Azadlıq prospektinin Binəqədi rayonu ərazisinə düşən hissəsində - “Qoşa zaprafka” adlanan ərazidə piyadaların təhlükəsiz hərəkəti üçün yeni keçid tikilir. Keçidi digərlərindən fərqləndirən əsas cəhət piyadaların rahatlığı üçün layihədə liftlərin də nəzərdə tutulmasıdır.

Hazırda ərazidə tikinti işləri davam etdirilir.