Ombudsman:
    • 10-12-2019, 12:29
    • 736

Ombudsman: "həyata keçirilən tədbirlər konseptual əsaslara söykənir"

Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər konseptual əsaslara söykənir. Müvafiq tədbirlərin səmərəliliyin artırılmasında, bu sahədə strateji kursun daha mütəşəkkil - operativ və effektiv həyata keçirilməsində Dövlət Proqramları, Milli Fəaliyyət Planları, strategiyalar böyük əhəmiyyət kəsb edir".

News24.az-ın xəbərinə görə, bunu 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib.

O bildirib ki, ölkə Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit edilməsi, Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmasının xüsusi vurğulanması müstəsna əhəmiyyət kəsb edir:" Bu, onu göstərir ki, əsas Qanun ictimai münasibətlər sistemində dövlətin roluna məhz müasir cəmiyyət tələblərindən yanaşaraq dövlətin hər hansı mücərrəd maraqlara deyil, məhz vətəndaşların mənafelərinə, azad cəmiyyətin aparıcı qüvvəsi olan insanın maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir.

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan dövlətinin dinamik tərəqqisi, ölkə həyatının müxtəlif sahələrində reallaşdırılan genişmiqyaslı islahatların əsasını və mənbəyini məhz Konstitusiyadan götürmüş, əsas Qanunda təsbit edilmiş prioritetlər, prinsiplər və istiqamətlər ölkəmizdə güclü sosial dövlətin qurulması, əhalinin bütün qruplarının, o cümlədən yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının müdafiəsi sahəsində hüquqi, iqtisadi və digər islahatlar həyata keçirilib, dövlət hakimiyyəti orqanları, o cümlədən məhkəmə hakimiyyəti müasir tələblərə
uygun təşkil edilib, insan və vətəndaş hüquqları və azadlıqlarının səmərəli müdafiə mexanizmləri formalaşdırılıb".

Afaq Mirayiq