-
- 10-12-2019, 12:37
- 1 538
Səbinə Əliyeva: "Aşkarlıq, şəffaflıq və qərəzsizlik... "
"Azərbaycanın inkişafının müxtəlif mərhələlərində insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunması istiqamətində müvafiq dövrün prioritetlərinə və çağırışlarına uyğun belə sənədlər qəbul olunaraq uğurla icra olunub və hazırda bu proses müvəffəqiyyətlə davam etdirilir".
News24.az-ın xəbərinə görə, bunu 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib.
O qeyd edib ki, bütövlükdə, ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair qəbul edilmiş sənədlərdə Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər əks olunub. "Ölkə Konstitusiyasına, milli qanunvericiliyə və qoşulduğumuz beynəlxalq konvensiyalara uyğun olaraq dövlətimizin ali məqsədi olan insan və vətəndaş hüquqları, eyni zamanda azadlıqlarının təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərən Ombudsman təsisatı funksional qurum olaraq öz işini aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında həyata keçirir və cəmiyyətin bütün təbəqələrinə aid insanların bütövlükdə hər kəsin hüquqlarını müdafiəsinə xidmət edir".
Afaq Mirayiq