Yanğında 4 nəfər tüstüdən zəhərlənib, 13 nəfərə yardım göstərilib - RƏSMİ
    • 10-12-2019, 16:25
    • 1 047

Yanğında 4 nəfər tüstüdən zəhərlənib, 13 nəfərə yardım göstərilib - RƏSMİ

"EuroHome” tikinti materialları bazarında bu gün baş verən yanğınla bağlı Səhiyyə Nazirliyi rəsmi məlumat yayıb.

News24az-ınxəbərinə görə, məlumatda deyilir: "Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub. Saat 16:05-ə olan məlumata görə, 8 nəfərə yerində yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. Hazırda ərazidə 2 Təcili Tibbi Yardım briqadası var".

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında güclü yanğın olub. Yanğının söndürülməsinə FHN-in briqadaları, eləcə də 3 ədəd helikopter və bir ədəd təyyarəsi cəlb edilib.