Tikinti bazarındakı yanğında 9 nəfər zəhərləndi -YENİLƏNDİ
    • 10-12-2019, 11:16
    • 834

Tikinti bazarındakı yanğında 9 nəfər zəhərləndi -YENİLƏNDİ

"Eurohome" tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 briqada cəlb olunub.
Bu barədə News24.az--a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, saat 10:45-ə olan məlumata görə hadisə nəticəsində tüstüdən zəhərlənən 6 nəfərə yerində yardım göstərilib: "2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib".
REKLAM

***
10.24

"EuroHome" tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 briqada cəlb olunub.

Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.