Vilayət Eyvazovdan daha bir - TƏYİNAT

Vilayət Eyvazovdan daha bir - TƏYİNAT Sosial
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Samir Qayıbov Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, S.Qayıbov bundan əvvəl Abşeron Rayon Polis İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyib.