Ölkəyə gizli yolla 2 kiloqramdan artıq qızıl KEÇİRMƏK İSTƏDİ - FOTO
    • 11-12-2019, 13:09
    • 712

Ölkəyə gizli yolla 2 kiloqramdan artıq qızıl KEÇİRMƏK İSTƏDİ - FOTO

Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə "Bagtyyar" gəmisi ilə Azərbaycana gələn sərnişin Gülnar Niyazmamedovanın əl çantalarında gömrük nəzarətindən gizlədilən zərgərlik məmulatı barədə məlumat daxil olub.

DGK-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, gömrük baxışı zamanı həqiqətən də həmin şəxsin əl çantalarında gömrük nəzarətindən gizlədilən və aşkarlanmanı çətinləşdirən üsuldan istifadə etməklə qablaşdırılan 15 ədəd boyunbağı, 14 ədəd qolbaq, 37 cüt sırğa, 86 ədəd üzük və 3 ədəd kulondan ibarət olmaqla, cəmi 2 kq 400 qram gümüş məmulatları aşkar edilib.