-
- 11-12-2019, 14:03
- 1 151
Bakıda məşhur biznesmenə cinayət işi açıldı - MİLYONLUQ CİNAYƏT
Bakıda tanınmış biznesmen olan Aydın Əhmədov barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.
News24.az-ın məlumatına görə, Əhmədov Aydın Şirməmməd oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü, yəni, dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakiç Romella Allahverdiyevanın sədrliyi ilə baxılacaq. İş üzrə 6 nəfər zərərçəkən şəxs qismində tanınıb.
Qeyd edək ki, A.Əhmədov həm də Azərbaycan Kikboksinq Federasiyasının peşəkarlar üzrə sabiq vitse-prezidentidir. Onun barəsində cinayət işi üzrə istintaq Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində aparılıb.
Mətbuatda yayılan məlumata görə, Aydın Əhmədov külli miqdarda pulu bir neçə insandan alıb və qaytarmayıb. Buna görə də ona pul verən şəxslər haqqında şikayət ediblər. Araşdırma aparılıb və nəticədə Aydın Əhmədov haqqında həbs qərarı verilib.