Tullantı emalı zavodu yanır - kimyəvi maddələrin sızma riski var - VİDEO
    • 11-12-2019, 18:00
    • 867

Tullantı emalı zavodu yanır - kimyəvi maddələrin sızma riski var - VİDEO

Tullantı emalı zavodunda yanğın hadisəsi baş verib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İspaniyada yaşanıb. Hadisə yerinə 20 yanğınsöndürən briqada cəlb olunub. Yanğın zavodu bütövlüklə əhatə edib. Xəsarət alanlar yoxdur. 

Kimyəvi maddələrin sızma riski olduğu üçün şəhər rəhbərliyi əhaliyə mümkün olduqca çölə çıxmamağı və evlərinin pəncələrini açmamağı məsləhət görüb.