Hərbi helikopter qəzaya uğradı - ÖLƏNLƏR VAR
    • 12-12-2019, 12:21
    • 1 266

Hərbi helikopter qəzaya uğradı - ÖLƏNLƏR VAR

Hərbi helikopterin qəzaya uğraması zamanı 2 nəfər ölüb. 

News24.az "İnterfaks"-a istinadən xəbər verir ki, Rusiyada planlaşdırılan təlim uçuşu zamanı "Mi-28" hərbi helikopteri qəzaya uğrayıb. Hadisə Korenovsk hava limanının yaxınlığında, təxminən 23:00 radələrində, çətin hava şəraitində qaranlıqda planlaşdırılan təlim uçuşu zamanı baş verib.

Uçuş döyüş sursatı olmadan həyata keçirilib. Helikopter uçuş edildiyi aerodromdan iki kilometr aralıda tapılıb. Ölənlər komandir və pilot olub.

Qəzaya səbəbin çətin hava şəraiti ola biləcəyi qeyd olunub.