Göydən yüzlərlə ölü quş töküldü - FOTO
    • 12-12-2019, 15:17
    • 1 010

Göydən yüzlərlə ölü quş töküldü - FOTO

Göydən yüzlərlə ölü quşun yerə düşməsi qorxu yaradıb.

News24.az "BBC"yə istinadən xəbər verir ki, Şimali Uelsdə yolda yüzlərlə ölü quş tapılıb. Hazırda alimlər quşların ölümünün səbəbini müəyyənləşdirirlər.

Şahidlərin sözlərinə görə, sığırçınlar göydən ölü kimi yerə düşüblər. Onlardan bir neçəsi müayinə aparmaq və ölüm səbəbini müəyyən etmək üçün mütəxəssislər yığıblar.

Adanın 41 yaşlı sakini Devid Edvards, sevgilisi Hannah Stevensin çərşənbə axşamı canlı quşları gördüyünü söyləyib: "Dedi ki, göydə yüzlərlə quş uçurdu və bunun zəhmli olduğunu düşünub. Ancaq bir saat sonra evə qayıdarkən hamısı yolda ölmüşdü".

Qeyd edilib ki, quşların sayı 300-ə yaxın olub.