Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək - SƏBƏB
    • 12-12-2019, 16:37
    • 635

Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək - SƏBƏB

"Qarabağ" futbol klubu bu gün saat 21:55-də başlamaqla Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirəcək.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, qarşılaşmanı arenadan canlı izləyəcək tamaşaçılar 00:30-a qədər metropolitenin "Gənclik" stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər.

Onu da əlavə edək ki, digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq.