11 ayda 22094 mənzilə QAZ VERİLDİ
    • 16-12-2019, 10:42
    • 730

11 ayda 22094 mənzilə QAZ VERİLDİ

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib.

"Azəriqaz" İB-dən News24.az-a verilən məlumata görə, fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tədbirlərini davam etdirir. Belə ki, 2019-cu il dekabr ayının 1-nə olan məlumata görə 340 yaşayış binası üzrə 22094 mənzil, noyabr ayında isə 80 yaşayış binası üzrə 4990 mənzil təbii qazla təmin olunub.